Xəzər Xəbər

DANX xəbərdarlıq edir - VİDEO

Veb TV | 20:54 • 31 Mart 2020
DANX xəbərdarlıq edir -

Koronovirus infeksiyasının yayılmasının qarşısını almaq üçün marşrut avtobuslarında ciddi tədbirlər görülür. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşları dayanacaqlarda qurumun nəzarətində olan hər bir avtobus sürücüsünə yaxınlaşaraq onlara artıq sərnişin götürməmələri ilə bağlı xəbərdarlıq edirlər. Daşıyıcılara da bildirilib ki, xəbərdarlıqlara məhəl qoyulmadığı təqdirdə ciddi tədbirlər görüləcək.

Marşrut avtobus sürücülərinə bir-bir yaxınlaşaraq onlara artıq sərnişin götürməmələri ilə bağlı xəbərdarlıq edilir.

Deyilən xəbərdarlıqlara məhəl qoymayan şəxslər barəsində isə ciddi tədbirlər görülür.

Həm regionlarda, həm də Bakı-Sumqayıt-Abşeron rayonları istiqamətinə hərəkət edən marşrut avtobuslarında artıq sərnişin daşınmasının qarşısını almaq üçün Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən daşıyıcı şirkətlərə xəbərdarlıq edilib. Məqsəd koronavirus infeksiyasının yayılmasının qarşısını almaqdır. Qurumun mətbuat katibi Nuridə Allahyarovanın sözlərinə görə, regionlarda şəhər və rayondaxili 617 marşrut xətti üzrə fəaliyyət göstərən avtobuslarda bir neçə gün olar ki, sərnişin sıxlığı 80 faiz azalıb.

Nuridə Allahyarova bildirdi ki, Bakı-Sumqayıt-Abşeron rayonu halqasında fəaliyyət 33 daşıyıcı şirkətin 210-a yaxın avtobusu fəaliyyət göstərir. Hər bir avtobus dayanacağında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşları xidmət apararaq, avtobus sürücülərinə artıq sərnişin götürməmələri ilə bağlı xəbərdarlıq edirlər.

Dövlət Avtomobil Nəqliyyatı Xidməti sərnişinləri də öz sağlamlıqları naminə avtobuslarda sıxlıq yaratmamağa çağırıb..

Xəbər lenti