Xəzər Xəbər

Bakıda bu gün axşamdan metro bağlanır VİDEO

Veb TV | 21:28 • 31 Mart 2020
Bakıda bu gün axşamdan metro bağlanır

 

Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikası ərazisində geniş yayılmasının qarşısının alınması üzrə tibbi-profilaktik tədbirlər davam etdirilir. Buna baxmayaraq, ölkə ərazisində infeksiyanın sürətlə yayılması müşahidə olunmaqdadır.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan daxil olan məlumata görə, ictimai nəqliyyatda müvafiq dezinfeksiya və digər qabaqlayıcı tədbirlər görülsə də, təbii havalandırma şəraiti olmadığından qapalı məkan kimi metro hazırda virusun yayılmasına əlverişli şərait yaradır. Eyni zamanda, Bakı metropolitenində sərnişinlər arasında sıxlıq və karantin rejimi tələblərinə əməl edilmədiyi də müşahidə olunmaqdadır.

Əhalinin sağlamlığının təhlükəsizliyinin təmin olunması məqsədilə Bakı Metropolitenində qatarların hərəkəti 31 mart 2020-ci il saat 22:00-dan 20 aprel 2020-ci il tarixinədək dayandırılır.

 

Bakı şəhərində sərnişindaşımaları müntəzəm və ekspress xətt avtobusları ilə həyata keçiriləcək.

Həm müntəzəm, həm də ekspress marşrut xətləri üzrə avtobuslararası interval sərnişin axınına uyğun tənzimlənəcək. Eyni zamanda, mümkün sərnişin sıxlığının qarşısını almaq məqsədilə ekspress xətlər üzrə ehtiyat avtobuslarburaxılıb.

Bir daha vətəndaşları ciddi zərurət olmadığı halda evdən çıxmamağa, ictimai nəqliyyatda insanlar arasında ara məsafəsini gözləməyə, xüsusi karantin rejimi qaydalarına əməl etməyə çağırırıq.


 

Xəbər lenti