Xəzər Xəbər

"Təmiz əllər" kampaniyasına məktəblilər də qoşuldular - VİDEO

Veb TV | 20:21 • 28 Mart 2020
"Təmiz əllər" kampaniyasına məktəblilər də qoşuldular -

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı tərəfindən başladılan "Təmiz əllər" kampaniyası davam edir.

Xezerxeber.az-ın məlumatına görə, nazirlərin və bir çox tanınmışların davam etdirdiyi bu aksiyaya Şəkinin Qoxmuq kənd tam orta məktəbinin şagirdləri də qoşulublar. Məktəbin 6a sinif şagirdi Bahar Əhmədli kampaniyaya qatılıb və estafeti təhsil ocağının digər şagirdlərinə ötürüb.

Aksiyanı davam etdirən digər şagirdlər də öz evlərində təmizliklə bağlı şüarlar səsləndirərək əllərini yuyublar.

Onların sosial şəbəkələrdə paylaşdığı bu videolar izləyənlərin rəğbətini qazanıb.

Kampaniyanın məqsədi əlləri mütəmadi olaraq düzgün qaydada sabunla yumaq və diqqəti koronavirusla mübarizəyə yönəltməkdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti