Xəzər Xəbər

Metrodan istifadə edən sərnişinlərin sayı azalıb - VİDEO

Veb TV | 20:14 • 26 Mart 2020
Metrodan istifadə edən sərnişinlərin sayı azalıb -

Koronovirus təhlükəsinin qarşısını almaq üçün verilən tövsiyələrdən sonra metrodan istifadə edən sərnişinlərin sayı azalıb.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə ''Bakı Metropoliteni'' Qapalı Səhimdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, ötən ilin eyni dövrü ilə müqaisədə metrodan istifadə edənlərin sayında 25 faiz azalma var.

Bakı Nəqliyyat Agentliyi isə bir neçə gündür ki, metrostansiyalar arasında iki istiqamət üzrə M1 və M2 xüsusi ekspress avtobus xətləri təşkil edib. Ekspress xətlər üzrə avtobuslar 10 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərir. Onların hər ikisinin başlanğıc və son dayanacaqları metronun "Həsi Aslanov" və "20 Yanvar" stansiyalarıdır.Vətəndaşlara mümkün qədər bu avtobuslardan istifadə etmək tövsiyə olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti