Xəzər Xəbər

Polis yaşlı insanlarla profilaktik söhbətlər aparır - VİDEO

Veb TV | 18:47 • 25 Mart 2020
Polis yaşlı insanlarla profilaktik söhbətlər aparır -

Bakıda park, küçə və prospektlərdə polis əməkdaşları yaşı 65 və ondan yuxarı olan şəxslərlə profilaktik söhbətlər aparır.

Xezerxeber.az-ın məlumatına görə, polis əvvəlcə insanlara yaxınlaşıb onların yaşlarını soruşur, sonra isə maarifləndirici söhbətlər aparır.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərərgahın koronavirus infeksiyasının qarşısını almaq məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejmi tətbiq edib. Bu qərardan sonra polis əmədaşları naryadların sayını artıraraq şəhədə nəzarəti daha da gücləndirib.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat katibi Elşad Hacıyev ''Xəzər Xəbər''ə bildirib ki, artıq küçələrdə polis naryadlarının sayı artırılıb.Tələb və tövsiyələrə əməl etməyən şəxslərlə bağlı sərt tədbirlərin görülməsi də nəzərdə tutulub.

Qeyd edək ki, polis yaşı 65-dən yuxarı şəxslərlə yanaşı toplaşma yerlərində sayı 10-dan çox olan vətəndaşlarla da söhbətlər aparır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti