Xəzər Xəbər

Nazirlər Kabineti iki qurumla saziş bağladı - VİDEO

Veb TV | 20:34 • 25 Mart 2020
Nazirlər Kabineti iki qurumla saziş bağladı -

Kənd təsərrüfatı sahəsində mütəxəssislərin sayı artırılacaq.

Xezerxeber.az-ın məlumatına görə, Nazirlər Kabineti, Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün Baş Kollektiv Saziş imzalanıb. Sazişə əsasən, ərzaq təhlükəsizliyi üzrə ixtisaslaşdırılmış informasiya və monitorinq sistemi yaradılacaq. Ərzaq təhlükəsizliyi ilə bağlı informasiyalar toplanaraq vahid məlumat bazasında sistemləşdiriləcək.

Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalovun sözlərinə görə, sazişdə kənd təsərrüfatının inkişafı ilə bağlı müddəalar da yer alıb. Burada mövcud qanunvericiliyin təkmilləşdirilməsi və stimullaşdırma mexanizmlərinin hazırlanması öz əksini tapıb.

Vüqar Zeynalov bildirib ki, Sahibkarlar Konfederasiyasının Vergilər Xidməti ilə ikitərəfli komissiyası fəaliyyət göstərir. Həmin komissiya mütəmadi olaraq sahibkarların təkliflərini toplayaraq işçi qrupunun müzakirəsinə çıxarır. Müzakirələrin nəticəsi olaraq vergi rejiminin daha əlverişli olması da Baş Kollektiv Sazişə daxil edilib.

Sazişdə sahibkarların iş şəraitinin yaxşılaşdırılması ilə bağlı konkret hədəflər də müəyyən edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti