Xəzər Xəbər

"Qırmızı Körpü"də karantin çadırları quruldu VİDEO

Veb TV | 19:45 • 24 Mart 2020
"Qırmızı Körpü"də karantin çadırları quruldu

Azərbaycan ərazisində koronavirusun yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Gürcüstanla "Qırmızı Körpü '' sərhəd-keçid məntəqəsinin ərazisində Fövqəladə Hallar Nazirliyi tərəfindən qəbul-çeşidləmə məntəqələri qurulub. Çadır şəhərciyi vətəndaşlarafasiləsizxidmət edir.

Fasiləsiz rejimdə fəaliyyət göstərən məntəqələr tibbi avadanlıqlarla təchiz edilib. "Qırmızı körpü sərhəd-keçid məntəqəsinin ərazisində yaradılan çadır şəhərciyində FHN-in tibbi briqadaları fəaliyyət göstərir. Sərhəd-keçid məntəqələrində ilkin tibbi müayinədən keçən şəxslər burada təkrar müayinə edilir, hər hansı şübhəli əlamət aşkar edilən şəxslər daha dəqiq diaqnoz qoyulması üçün xüsusi ayrılmış müvafiq yerli xəstəxanaya təxliyyə edilir.

Şübhəli əlamət aşkar olunmamış şəxslərin isə çadırlarda karantin rejimində müvəqqəti qalması təmin olunur.

Burada qəbul-çeşidləmə məntəqəsində 60 çadır olmaqla eyni vaxtda 300 nəfərin qalmasına şərait var. Məntəqələrdə normal yaşayış üçün lazım olan hər cür şərait yaradılıb, qidalanma, gigiyenik vasitələrlə təchizat, çadırların isidilməsi və sair sanitar-gigiyenik tələblər tam təmin olunub. Zərurət yarandığı halda çadırların sayı qısa müddətdə artırıla bilər. "Qırmızı körpüsərhəd-keçid məntəqəsində hər iki ölkə ərazisində qalan vətəndaşların təxliyyəsi və yaşıl dəhliz vasitəsi ilə yük avtomobillərinin hərəkəti də təmin edilir.

Martın 14-dən etibarən Gürcüstan və Azərbaycan arasında vətəndaşların gediş-gəlişi 10 gün müddətinə dayandırılıb. Martın 18-dən isə Gürcüstan öz vətəndaşları istisna olmaqla, əcnəbiləri ölkə ərazisinə buraxmır. Hər iki ölkə vətəndaşlarının vətəninə qayıtmasına şərait yaradılır.

Xəbər lenti