Xəzər Xəbər

Bakıda yaşlı sakinlər qadağalara əməl etmir VİDEO

Veb TV | 19:42 • 24 Mart 2020
Bakıda yaşlı sakinlər qadağalara əməl etmir

Bu gündən 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilib. Qadağaya nə dərəcədə əməl olunduğunu müşahidə etmək üçünəməkdaşlarımız şəhərdəolublar.Onlarmüxtəlif park və küçələrdə risk qrupundan olan insanlara rast gəliblər.

Biri idman edir, digəri isə həmyaşıdları ilə oturub söhbət edir.

Başqa biri isə ağsaqqallarla birlikdə oyun oynuyur.

Bu şəxs isə heçnə olmamış kimi küçədə gəzintiyə çıxıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədiləqəbul etdiyi qərarda yaşı65-dən yuxarı olan insanlarınevdən çıxması qadağan edilib.

Lakin qadağalara baxmayraq hələdə şəhərin küçə və prospektlərində bu kateqoriyadan olan insanlara rast gəlmək mümkündür.

Yaşlı insanlardanküçədə çıxmalarının səbəbini soruşuruq.Bəziləri sağlamlıqlarının yerində olduğuna görə küçədə gəzməyin onlara heç bir problem yaratmayacağını bildiriblər.

78 yaşlı bu kişi isə koronavirusa qarşı özünəməxsus formada mübarizə aparır.

Qeyd edək ki,qadağada məqsəd yaşlı insanların koronavirus infeksiyasına yoluxma riski yüksək olduğundan həmin kateqoriyadan olan şəxsləri pandemiyadan qorumaqdır.

Xəbər lenti