Xəzər Xəbər

Oğuz və Bərdədə qətl hadisələri törədilib - VİDEO

Veb TV | 18:39 • 28 Fevral 2020
Oğuz və Bərdədə qətl hadisələri törədilib -

Oğuzda qonşular arasında mübahisə ölümlə nəticələnib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında Kərimli kəndində qeydə alınıb.

54 yaşlı Kərimli kənd sakini Elşən Abdullayev qonşusu Zərqəm Məsimov tərəfindən ov tüfəngi ilə güllələnib. Qonşusunu öldürməkdə şübhəli bilinən Zərqəm Məsimov polis əməkdaşları tərəfindən saxlanaraq istintaqa təhvil verilib.

Ondan cinayətdə istifadə etdiyi ov tüfəngi götürülüb. Məlumata görə kənddə yolun kənarında Zərqəm Məsimov ağac tingləri, onun yanında isə Elşən Abdullayev toxum satırmış. Sonradan qonşular arasında mübahisə yaranıb və cinayət hadisəsi baş verib.

Faktla bağlı Oğuz rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır.

Bərdədə isə yaşlı qadın həmkəndlisi tərəfindən balta ilə öldürülüb.Ötən gecə saat 22 radələrində Bərdə rayonu, Zümürxan kəndi ərazisində 58 yaşlı Tahirə İbadovanın üzərində zorakılıq əlamətləri olan meyiti yaşadığı evdə aşkar olunub.

Daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Rayon prokurorluğundan verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. İlkin istintaqla 25 yaşlı Cavid Rəncbərinin həmkəndlisi Tahirə İbadovanı baş nahiyəsindən xəsarətlər yetirib boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. O, şübhəli şəxs qismində tutulub. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti