Xəzər Xəbər

Memorial Soyqırımı Muzeyində Xocalı faciəsini əks etdirən tarixi faktlar nümayiş olunur - VİDEO

Veb TV | 19:59 • 26 Fevral 2020
Memorial Soyqırımı Muzeyində Xocalı faciəsini əks etdirən tarixi faktlar nümayiş olunur -

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törətdilər. Bu faciədən 28 il ötür.

Xezerxeber.az-ın məlumatına görə, Xocalı faciəsini əks etdirən tarixi faktlar Respublika Hərbi Prokurorluğunda yaradılan Memorial Soyqırımı Muzeyində nümayiş olunur.

Muzeydə müxtəlif döyüş sursatları, şəhidlərin şəxsi əşyaları, eyni zamanda törədilən soyqrımlarla bağlı istintaq materialları yer alır.

Burada Xocalı soyqrımı ilə bağlı da çoxlu eksponatlar görmək mümkündür.

Muzeydə sərgilənən böyük şəkildə isə Xocalı soyqırımında şəhid olan şəxslərin yağlı boya ilə çəkilmiş rəsmləri əks olunub.

Artıq 6 ildir ki, fəaliyyət göstərən bu muzeyə giriş pulsuzdur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti