Xəzər Xəbər

Bakıda narkotik maddə satmaq istəyən şəxs ifşa edilib - VİDEO

Veb TV | 19:06 • 24 Fevral 2020
Bakıda narkotik maddə satmaq istəyən şəxs ifşa edilib -

Bakıda külli miqdarda narkotik maddə satmaq istəyən şəxs ifşa edilib.

Xezerxeber.az-ın məlumatına görə, paytxatın Nizami Rayon Polis İdarəsinin əməkdaşlarına Pərviz adlı şəxsin rayon ərazisində külli miqdarda narkotik vasitə satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs Bakı şəhər sakini Pərviz Qurbanov ümumi çəkisi 73 qramdan çox tiryəki satarkən polislər tərəfindən tutulub.

Qeyd edək ki, o, saxlanılan zaman polis əməkdaşlarına müqavimət göstərərək idarə etdiyi avtomobillə ərazidən qaçmağa cəhd göstərsə də, polislərin çevikliyi sayəsində zərərsizləşdirilib.

Saxlanılan şəxsin ətrafının və onun cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti