Xəzər Xəbər

Azərbaycan - İtaliya əlaqələri artan xətlə inkişaf edir VİDEO

Veb TV | 19:25 • 22 Fevral 2020
Azərbaycan - İtaliya əlaqələri artan xətlə inkişaf edir

''Azərbaycan və İtaliya arasında siyasi əlaqələr yüksək səviyyədədir''. Prezident İlham Əliyevin bu səfərindən sonra isə əlaqələr iqtisadi və siyasi müstəvidə yeni inkişaf mərhələsinə qədəm qoyur. Dövlətbaşçısının İtaliyaya dövlət səfərini şərh edən ekspertlərin qənaəti belədir. Onların fikrincəbu səfər zamanı keçirilən görüşlər və imzalanan sənədlər iki ölkə arasındakı əlaqələri daha da möhkəmləndirir.

Azərbaycan dövlət başçısının İtaliyaya ilk dövlət səfəri və bu zamanı Azərbaycanın dövlət başçısına göstərilənehtiram iki ölkə arasında olan əlaqələrin göstəricisidir. Ekspertlərinfikirincə səfərzamanı müdafiə, iqtisadi-ticarət, energetika, yüksək texnologiyalar, nəqliyyat və digər sahələrdə imzalanmış sənədlər iki ölkə arasındakı əlaqələri yeni inkişaf müstəvisinə qaldırır.

Politoloq Elman Nəsirovun sözlərinə görə hazırda tərəfdaş ölkə olan İtaliya ilə Azərbaycan mütəffiqlik yolunda addımlayır. Beləki bu ölkə Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığının güclənməsinə fəal dəstək verir.Dağlıq Qarabağ məsələsində də İtaliyanın mövqeyi birmənalıdır və məhz sonuncu səfərdən sonra Azərbaycan bu mövzuda İtaliyadan daha yaxşı dəstək ala biləcək.

İtaliya ilə İqtisadi əlaqələrimiz də artan xətlə inkişaf edir. İqtisadçı Zaur Əhmədovun sözlərinə görə Azərbaycan Avropada etibarlı tərəfdaş kimi tanınır və bunun nəticəsində iki ölkə arasında iqtisadi əlaqələrdə böyük nailiyyətlər əldə edilib.

Eyni zamanda bu ilə Cənub Qaz dəhlizinin sonuncu seqmenti olan İtaliya ilə Azərbaycanı birləşdirən TAP layihəsi də yekunlaşacaq ki, bu layihə onilliklər ərzində ölkələrimizin mənafeyi və xalqlarımızın rifahına xidmət edəcəkdir.Bu tip meqa layihələr mövcud əlaqləri daha da möhkəmləndirir.

Xəbər lenti