Xəzər Xəbər

Bakıda bir gecədə 23 avtomobil qarət edildi VİDEO

Veb TV | 19:18 • 22 Fevral 2020
Bakıda bir gecədə 23 avtomobil qarət edildi

Gecə Bakıda avtomobillərdən silsilə oğurluqlar olub. Binəqədi rayonunda baş vermiş hadisədə 23-nəqliyyat vasitəsindən aksesuarlar, qiymətli əşyalar və ehtiyat təkərlər oğurlanıb. Polis hadisəni törədənlərin bir neçə şəxs olduğunu ehtimal edir və ərazilərdəki müşahidə kameraları vasitəsilə onların axtarışını aparır.

Bakının bir rayonunda bir gecənin içində 23 avtomobili qarət ediblər. Oğurluq hadisələri Binəqədi rayonunda baş verib.

Cinayət avtomobillərin şüşələri sındırılaraq həyata keçirilib... Cinayət hadisəsinin baş verdiyi ünvanlardan biri Binəqədi rayonu Atatürk prospektidir. Avtomobil sahiblərindən biri səhər işə gedərkən nəqliyyat vasitəsinin şüşəsinin qırıq olduğunu görüb. Həmin sürücü daha sonra onun avtomobili ilə yanaşı dayanmış digər maşınların da şüşələrinin qırıldığını görərək sahiblərinə xəbər verib.

Zərərçəkmişlər dərhal ''102'' xidmətinə məlumat veriblər. Əraziyə 5-ci polis bölməsinin əməkdaşları gəlib araşdırmalara başlayıblar.

5-ci polis bölməsinin əməkdaşları araşdırma apararkən müəyyən ediblər ki, cinayətkar qrup bir gecədə Binəqədi rayonunun İbrahimpaşa Dadaşov küçəsində də eyni məzmunlu oğurluqlar törədiblər. Bu küçədən 16 avtomobil qarət edilib. Beləliklə bir rayonda eyni gecədə qarət edilən avtomobillərin sayı 23 olub..

Polis bütün zərər dəymiş avtomobillərdən əl-barmaq izləri götürüb. Hazırda ərazidəki müşahidə kameraları vasitəsilə cinayəti törədən şəxslərin axtarışı aparılır.

Xəbər lenti