Xəzər Xəbər

Yeraltı piyada keçidinin eskalatorları niyə sökülür? VİDEO

Veb TV | 19:27 • 19 Fevral 2020
Yeraltı piyada keçidinin eskalatorları niyə sökülür?

Bakının Nəsimi rayonu ərazisində Heydər Əliyev parkının yaxınlığında olan yerlatı piyada keçidlərindən birinin eskalatorları sökülür. Həmin eskalatorların yerində isə pilləkanlar vurulacaq.

Uzun müddətdir keçiddə piyadaların istifadə etdiyi eskalatorlar sökülür.

Paytaxtın Nəsmi rayonu Rəşid Behbudov və Məhəmməd Fizuliküçələrinin kəsişməsində yerləşən yeraltı piyada keçidlərindən birinin eskalatorlarının söküntüsünə başlanılıb.Bu məqsədlə də keçidin Heydər Əliyev Sarayı tərəfə olan giriş-çıxışı bir istiqamətdə bağlanıb.

Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəflinin sözlərinə görə,sökülməyə səbəb həmin eskalatorların istismar müddətini başa vurması və dəyişdirilməsinin iqtisadi baxımdan səmərəli olmamasıdır.

Anar Nəcəfli bildirdi ki,həmin yeraltı keçid bir neçə il əvvəl özl bir şirkət tərəfindən tikilib.Ancaq eskalatorlar quraşdırılan zaman keçidin üzəri bağlanmayıb. Buna görə də tez-tez eskalatorların təmirə ehtiyyacı olub.

Onu da qeyd edək ki,həmin ərazidə olandigər yeraltı piyada keçidlərinin eskalatorları işlək vəziyyətdə olduğundan onların sökülərək pilləkanlarla əvəz edilməsi planlaşdırılmır.

Xəbər lenti