Xəzər Xəbər

Məcburi köçkünlər mənzil almaq üçün görün nələr edir VİDEO

Veb TV | 20:51 • 18 Fevral 2020
Məcburi köçkünlər mənzil almaq üçün görün nələr edir

Mənzildə yaşamadığı halda onu təhvil vermək istəməyən 70 məcburi köçkün ailəsi məhkəməyə verilib. Bunu Qaçqınların və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsinin aparat rəhbəri Eldar Zeynalov deyib. O bildirib ki, həmin mənzillər ehtiyacı olan digər məcburi köçkün ailələrinə veriləcək. Aparat rəhbəri vurğulayıb ki, yeni mənzil almaq üçün məcburi köçkünlər arasında süni boşanmalar da var.

Yeni mənzil almaq üçün məcburi köçkünlər arasında süni boşanmalar var.

Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Eldar Zeynalov deyib. O bildirib ki, mənzillərin bölgüsü zamanı bəzi köçkünlər Komitəyə problem yaradırlar. Bunların arasında mənzilə ehtiyacı olmayanlar da var.

Eldar Zeynalovun sözlərinə görə, yeni mənzil almaq məqsədi ilə boşanan məcburi köçkünlər də var. Bunlar əsasən yerli sakinlərlə evlənən qadınlardır.

Aparat rəhbəri mənzildə yaşamadığı halda onu təhvil vermək istəməyən məcburi köçkünlərdən də danışıb. Vurğulayıb ki, "Qobu Park-1" və "Qobu Park-2" yaşayış komplekslərindən mənzil əldə etmiş bu cür 70 məcburi köçkün ailəsi məhkəməyə verilib.

Mənzili könüllü şəkildə təhvil verənlər də var. Eldar Zeynalov bildirib ki, Sumqayıtda yaşayan bir qrup məcburi köçkün ailəsinin də məhkəməyə verilməsi üçün sənədlər hazırlanır.

Xəbər lenti