Xəzər Xəbər

Bərdədə mikroavtobus yük maşını ilə toqquşdu, ölən və yaralanan var VİDEO

Veb TV | 18:49 • 18 Fevral 2020
Bərdədə mikroavtobus yük maşını ilə toqquşdu, ölən və yaralanan var

Bərdə rayonunda yol-nəqliyyat hadisəsi baş verib.Yük maşını ilə sərnişin avtomobilinin toqquşması ölümlə nəticələnib. İmişlidə də iki nəqliyyat vasitəsinin toqquşması nəticəsində bir nəfər ölüb. Goranboyda isə avtomobilin ağaca çırpılması ölümlə nəticələnib.

Bərdədə baş verən qəzada sərnişin ölüb.

Hadisə Yevlax Bəhrəmtəpə avtomobil yolunun 47-ci km-liyindəBərdə rayonunun Qarağacı kəndində qeydə alınıb. Hadisə zamanı yük avtomobili ilə sərnişin avtomobili toqquşub. Nəticədəavtomobildə sərnişin olan Rövşən Qardaşxanov hadisə yerində ölüb. Qəza zamanı sərnişin avtomobilininsürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib.

Ötən gecə İmişlidə də ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayon mərkəzində qeydə alınıb. İmişli rayonunun Oruclu kənd sakini, 34 yaşlı OrxanRzayevin idarə etdiyi minikavtomobili ilə 65 yaşlı İmişli sakini, Əlibala Zeynalovunidarə etdiyi motosiklet toqquşub. Nəticədə motosikletin sürücüsü hadisə yerində ölüb.

Gəncə sakini isə Goranboyda qəzaya düşərək dünyasını dəyişib. Ağır yol-nəqliyyat hadisəsi rayonun Bəşirli-Həmənli yolunda qeydə alınıb. Elşən Əhmədov idarə etdiyiminik avtomobilini yol kənarındakı ağaca vurub. Sürücü xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hər üç faktla bağlı araşdırma aparılır.

Xəbər lenti