Xəzər Xəbər

Bakıda gecə baş verən qəzada bir nəfər xəsarət alıb - VİDEO

Veb TV | 11:52 • 15 Fevral 2020
Bakıda gecə baş verən qəzada bir nəfər xəsarət alıb -

Ötən gecə Bakıda daha bir yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb. Xudadat Məlikaslanov küçəsində iki avtomobilin toqquşması nəticəsində bir nəfərin xəsarət aldığı bildirilir.

Sözügedən ərazidə köməkçi yoldan əsas yola çıxan 50-CH-826 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil əks yoldan gələn 09-BP-268 dövlət nişanlı "Lada" markalı avtomobil ilə toqquşub. Qəza səbəbindən Xudadat Məlikaslanov küçəsində tıxac yaranıb.

Hadisə yerinə təcili yardım briqadası və Dövlət Yol Patrul xidmətinin əməkdaşları cəlb olunublar. (Trend)

Xəbər lenti