Xəzər Xəbər

Məktəbdə şagirddən izahat alındıqdan sonra onda qıcolma yaranıb - İDDİA VƏ RƏSMİ CAVAB - VİDEO

Veb TV | 20:17 • 14 Fevral 2020
 Məktəbdə şagirddən izahat alındıqdan sonra onda qıcolma yaranıb  -

Goranboyda 9 yaşlı şagird stress keçirdiyindən səhhətində problemlər yaranıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Goranboy rayon Dəliməmmədli şəhər Mahmud Zeynalov adına tam orta məktəbdə baş verib.

Şəhər sakini Əfqan Quliyev nəvəsi Sima Quliyevanın orta məktəbdə direktorun göstərişi ilə təhsil müəssisəsində baş verən hadisə ilə bağlı izahatı alındıqdan sonra belə vəziyyətə düşüdüyünü iddia edir. Onun sözlərinə görə, iki gün öncə baş verən hadisədən sonra uşaq qorxub və sonra onda qıcolma yaranıb.

Səhhətində narahatlq yaranan uşağın babası Əfqan Quliyev məktəbdə yaşanan hadisə zamanı nəvəsinin tək deyil, valideynlərinin iştirakı ilə sorğu-sual edilməsini doğru hesab edir. Onun fikirincə, bu zaman uşaq hər hansı qorxu hissi keçirməzdi.

Orta məktəbin direktoru Güntəkin Cəfərova və rayon təhsil şöbəsi baş verən hadisə ilə bağlı açıqlama verməyib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, Eşqin Qasımov isə "Xəzər Xəbər"ə bildirib ki, rayon sakininin övladının döyülməsi ilə bağlı Goranboy rayon polis şöbəsinə müraciəti əsasında müvafiq araşdırmalar aparılıb. Bu zaman müraciət edənin övladının sinif yoldaşı Sima Quliyevanın yanında döyüldüyünü bildirdiyi üçün Goranboy RPŞ-nin əməkdaşları , rayon təhsil söbəsinin əməkdaşı, məktəbin psixoloqu və direktoru ilə birlikdə şagirdin izahatı alınıb.

Döyülmə faktı isə öz təsdiqini tapmayıb.

Təhsil Nazirliyindən isə bildirilib ki, səsləndirilən iddialar Goranboy rayon təhsil şöbəsində araşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti