Gəncə-Gürcüstan sərhədi dəmir yolunun sürətinin artırılması nəzərdə tutulur. Artıq bununla bağlı "Azərbaycan Dəmir Yolları" QSC lazımi işləri görüb.
Xezerxeber.az-ın məlumatına görə, "Azərbaycan Dəmir Yolları" QSC-nin hərəkət xidmətinin rəisi Elçin Məmmədov bildirib ki, Bakıdan Böyükkəsiyə qədər iki tərəfli olmaqla 1006 km-ə qədər dəmir yolu xətləri tam yenilənib. İlkin mərhələdə sürətli qatarların Gəncədən-Ağstafaya qədər sərnişin daşıması nəzərdə tutulur.
Xidmət rəisi Bakı-Yalama dəmir yolu xəttinin yenilənməsindən də danışıb. Bildirib ki, Şahdağa da dəmiryolu xəttinin çəkilişi üçün işlərə başlanılıb.
Bununla yanaşı, Ələt-Astara dəmir yolunun yenidən qurulması və yolun marşrutunun dəyişdirilməsi, sahildən kənarlaşdırılması üzərində iş aparılır. Ləki-Qəbələ dəmir yolunun isə tikintisi davam etdirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: