Xəzər Xəbər

Qayda pozmadığı halda sürücü 50 manat cərimə olunub - VİDEO

Veb TV | 18:35 • 29 Yanvar 2020
Qayda pozmadığı halda sürücü 50 manat cərimə olunub -

Bakıda yolda müəyyən edilmiş sürətlə hərəkət edən sürücü radara düşüb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə paytaxt sakini Söhrab Cabbarovun başına gəlib.

Sürücü iddia edir ki, yanvar ayının 24-də özünə məxsus ''99-GO-477'' dövlət nömrə nişanlı kiçik tutumlu yük avtomobili ilə Sabunçu-Zabrat yolunda radara düşüb.

Sürücü deyir ki, qayda pozmadığı halda 50 manat məbləğində cərimə olunub. O, məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin ''902'' qaynar xəttinə məlumat verib. Sürücüyə ordan bildiriblər ki, Bakı Şəhər Dövlət Yol Polis İdarəsinə yaxınlaşsın və şikayəti araşdırılacaq.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsində Söhrab Cabbarova tərtib edilən elektron protokol araşdırılıb.

İdarədən ''Xəzər Xəbər''ə bildiriblər ki, cərimə texniki səhvdir və ləğv ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti