Xəzər Xəbər

“ASAN xidmət” mərkəzlərinin sayı artırılır - VİDEO

Veb TV | 20:56 • 28 Yanvar 2020
“ASAN xidmət” mərkəzlərinin sayı artırılır -

Yeddi il ərzində "ASAN xidmət” mərkəzlərinə 35 milyon 410 min 334 müraciət daxil olub. Müraciət edən vətəndaşların sayı 6 milyon 734 min 892, bir vətəndaşa düşən orta müraciət sayı 5,2-yə bərabər olub. Ötən il isə "ASAN xidmət” mərkəzlərinə 9 milyon 213 min 181 müraciət daxil olub. Müraciət edən vətəndaşların sayı 2 milyon 932 min 743, 1 vətəndaş üzrə orta müraciət sayı isə 3,1 təşkil edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev yanvarın 28-də keçirilən mətbuat konfransında məlumat verib.

Ümumilikdə isə "ASAN xidmət” mərkəzlərinə orta gündəlik müraciət sayı 30 min 871-ə bərabərdir. Bir gün ərzində 2390 nəfər ilk dəfə müraciət edir, 408 nikah, 291 doğum qeydə alınır, 3718 nəfərə şəxsiyyət vəsiqəsi verilir.

Ülvi Mehdiyev deyib ki, bu il Tovuz, Balakən, Kürdəmir, Ağcabədi və Bakıda "ASAN xidmət” mərkəzlərinin açılması nəzərdə tutulub. Bundan başqa, paytaxtda daha bir "ASAN Kommunal” mərkəzi fəaliyyətə başlayacaq. Həmçinin Sumqayıt və Gəncədə əlavə, Salyan və Lənkəranda yeni "ASAN xidmət” mərkəzlərinin tikintisinə başlanılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti

Çox oxunanlar