Xəzər Xəbər

Ağdaşda mağazanı qarət edən iki qardaş yaxalanıb - VİDEO

Veb TV | 19:35 • 28 Yanvar 2020
Ağdaşda mağazanı qarət edən iki qardaş yaxalanıb -

Ağdaş rayon polis şöbəsinə ərizə ilə müraciət edən rayon sakini Şıxlı kəndinin ərazisində ona məxsus mağazadan 1200 manat dəyərində danışıq kartları və ərzaq məhsullarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə məlumat verib.

Xezerxeber.az-ın məlumatına görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayonun Şıxlı kənd sakinləri, iki qardaş- Coşqun və Seymur Məmmədovları saxlayıb.

Davam etdirilən əməliyyat-istintaq tədbirləri ilə saxlanılan şəxslərin digər əməllərinin də üstü açılıb.

Saxlanılan şəxslər barəsində cinayət işi başlanıb, onların digər oğurluq əməllərində iştiraklarının olub-olmaması araşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar