Xəzər Xəbər

Ər arvadının saçlarını daradı və həbs edildi VİDEO

Veb TV | 13:22 • 27 Yanvar 2020
Ər arvadının saçlarını daradı və həbs edildi

Küveytdən olan ər-arvad sosial şəbəkədə paylaşdıqları videoçarxa görə həbs edilib. Videoda ər arvadının saçlarını darayıb.

Bu haqda məlumatı Daily Mail yayıb.

Mühafizəkar internet istifadəçilərinin xoşuna qadının öz bədənini nümayiş etdirməyi gəlməyib. Kişi isə buna mane olmayıb.

İstintaq iddia edir ki, kişi və qadın xüsusi olaraq, qərəzli şəkildə videonu sosial şəbəkəyə yerləşdiriblər.

Beləliklə, onlar iddiaya görə, abunəçilərin duyğuları ilə oynamaq və onları qəzəbli şərhlər yazmağa məcbur etmək istəyiblər.


Xəbər lenti