Xəzər Xəbər

Naftalan sakini qidadan zəhərlənərək ölüb - VİDEO

Veb TV | 18:29 • 25 Yanvar 2020
Naftalan sakini qidadan zəhərlənərək ölüb -

Naftalanda 35 yaşlı qadın naməlum səbəbdən dünyasını dəyişib. Onun orqanizmində qida zəhərlənməsinin əlamətləri aşkar olunub.

Xezerxeber.az-ın məlumatına görə, hadisə ötən gecə baş verib.

Şəhər sakini Xəyalə İsmayılova mədə sancısı və digər əlamətlərlə xəstəxanaya müraciət edib. Qadına tibbi yardım göstərilib və vəziyyəti normallaşdıqdan sonra evə buraxılıb.

Gecə saatlarında yenidən narahatlıq hiss etdiyindən qadının yaşadığı evə təcili tibbi yardım çağırılıb. Amma təcili yardım çatana qədər Xəyalə İsmayılova vəfat edib.

Qadının qidadan zəhərləndiyi ehtimal edilir. Ölümün dəqiq səbəbi aparılan araşdırmalardan sonra məlum olacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti