Xəzər Xəbər

Sifariş apardığı pizzaya tüpürən kuryerə ağır cəza VİDEO

Veb TV | 14:46 • 23 Yanvar 2020
Sifariş apardığı pizzaya tüpürən kuryerə ağır cəza

Türkiyənin Əskişəhər şəhərində sifariş apardığı pizzaya tüpürən kuryer Burak S.-ə ağır cəza tələb olunub.

Kuryer 2 ayrı cinayətə görə 18 ilə qədər həbs cəzasına məhkum edilə bilər.

O, "istifadə ediləcək hər növ qida maddələrinə zəhər qataraq və ya başqa üsullarla keyfiyyətinə zərər vuraraq insanların həyatına və sağlamlığına təhlükə yaratmaq” və "məhsula zərər vurmaqda” ittiham edilir.

Qeyd edək ki, Burak S. 24 dekabr 2017-ci ildə sifariş olaraq apardığı pizzanı binanın içərisində açaraq üzərinə tüpürüb və olayı telefonunun kamerası ilə görüntüləyib. Hadisəni təhlükəsizlik kamerasından izləyən bir nəfər pizzanı sifariş verən şəxsə bildirdikdən sonra polisə müraciət olunub.

İttiham edilən şəxs daha əvvəl məhkəmənin qərarı ilə 4 min TL cərimə ödəyib./publika.az

Xəbər lenti