Xəzər Xəbər

"Davam etsəniz, İrana təcili eniş edəcəyəm" Pilot sərxoş sərnişini belə hədələdi - VİDEO

Veb TV | 14:42 • 23 Yanvar 2020
"Davam etsəniz, İrana təcili eniş edəcəyəm"

Rusiyanın Ufa şəhərindən Dubaya uçan sərnişin təyyarəsində həddən artıq spirtli içki qəbul edən qadın digər sərnişinlərlə mübahisə etməyə başlayıb.

Digər vətəndaşlar ekipaj üzvlərinin xəbərdarlığına məhəl qoymayan qadının əl-qolunu bağlayaraq problemi həll etməyə çalışıb.

Təyyarənin pilotu isə sərxoş sərnişini qeyri-adi üsulla sakitləşdirməyə cəhd edib. O, qadına sakitləşməzsə, İrana təcili eniş edəcəyini söyləyib.

Təyyarə istiqaməti üzrə Dubaya endikdən dərhal sonra sərxoş qadın polisə təhvil verilib.

Xatırladaq ki, yanvarın 8-də Ukrayna Hava Yollarına məxsus təyyarə İranın paytaxtı Tehranda raketlərin hücumuna məruz qalmış, nəticədə göyərtədəki 176 nəfərin hamısı həlak olmuşdu. Pilotun məhz bu hadisəyə işarə olaraq təyyarəni İrana endirməklə hədələdiyi bildirilir./publika.az

Xəbər lenti