Xəzər Xəbər

Bakı-Quba yolunda baş verən qəzada 6 səhiyyə işçisi xəsarət aldı VİDEO

Veb TV | 19:23 • 20 Yanvar 2020
Bakı-Quba yolunda baş verən qəzada 6 səhiyyə işçisi xəsarət aldı

Ələt-Astaramagistıral yolundayol qəzası baş verib, sürücü ölüb.

Hadisəsəhər saatlarında Lənkəran rayonunun Girdəni kəndi ərazisində baş verib. Rusiya vətəndaşına məxsus "TIR" ilə Cəlilabad rayon sakini Rasif Əzizovun idarə etdiyi yük maşını toqquşub.Toqquşmanəticədəyük avtomobili alışaraq yanıb. Yanğın zamanı sürücüRasifƏzizov hadisə yerində yanaraqölüb, avtomobildə olansərnişin Cəlilabad rayonunun Alar kənd sakini, 39 yaşlıXalim Cəfərov isə xəsarət alıb.Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə briqadası və Yanğından Mühafizə Xidmətinin bir yanğınsöndürən maşını cəlb edilib.Yaralanan sərnişin isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Göyçay-İsmayıllı avtomobil yolunda dayol-nəqliyyat hadisəsi baş verib. Hadisə bu gün Kürdmaşı və Qaraməryəm kəndləri arasında qeydə alınıb. Şəki-Bakı marşrut xətti üzrə hərəkət edənsərnişin mikroavtobusu qarşıdan gələnminik avtomobili ilə toqquşub. Hadisə nəticəsində minik maşınının sürücüsü, 41 yaşlı Malik Kərimovhadisə yerində ölüb, 7 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.Hadisə yerinəxilasedicilərvə polis əməkdaşları cəlb olunub.

Bakı-Quba yolunda 3-ü təcili tibbi yardım avtomobili olmaqla, 5 avtomobil toqquşub. hadisə ötən gecə avtomagistralın sumqayıt şəhərinin hacı zeynalabdin tağıyev qəsəbəsindən keçən hissəsində qeydə alınıb.Xəstə çağırışına gedən sumqayıt şəhər təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının avtomobili minik avtomobili ilə toqquşub. yaralıları daşımağa gələn digər təcili tibbi yardım avtomobilinin əyləc sistemi nasaz olduğundan o da qəza törədən avtomobillərə çırpılıb. hadisə yerinə çağırılan növbəti təcili tibbi yardım avtomobili isə qarşıdan gələn "mercedes" markalı minik maşını ilə toqquşub. ümumilikdə 5 avtomobilin toqquşduğu qəzada 7 nəfər, xəsarət alıb.Onlardan 6 nəfəri Sumqayıt təcili tibbi yardım stansiyasının həkimləridir.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Xəbər lenti