Xəzər Xəbər

Marketdə oğurluq: ANBAAN GÖRÜNTÜLƏR VİDEO

Veb TV | 19:11 • 20 Yanvar 2020
Marketdə oğurluq: ANBAAN GÖRÜNTÜLƏR

Marketə alış-verişə gələn müştəri əşyalarını saxlanc dolabına qoyub. Bir neçə dəqiqə sonra geri qayıtdıda isə həmin müştəri əşyalarının orada olmadığını görüb. Belə bir hadisə ilə Bakı sakini Sevinc Təhməzova qarşılaşıb. O, iddia edir ki, saxlanc dolabının açarının olmaması səbəbindən həmin əşyalar oğurlanıb. Baş vermiş oğurluq hadisəsinin görüntülərini təqdim edirik.

Marketə gələn müştərinin əşyaları ''saxlanc dolabı''ndan oğurlanıb.Baş vermiş hadisə marketin təhlükəsizlik kamerasına düşüb.

Belə bir hadisə ilə paytaxt sakini Sevinc Təhməzova qarşılaşıb. Onun sözlərinə görə, ötən gün axşam saatlarında alış-veriş etmək üçün Xətai rayonu Əhmədli qəsəbəsi ərazisində yerləşən marketlərdən birinə gedib. İçəri daxil olan zaman içərisində yeni alınmış paltarlar və kosmetik məhsulları olan sellafon torbaları giriş hissədə olan saxlanc dolabına qoyub.

Sevinc Təhməzova deyir ki, geri qayıdıb saxlanc yerindən əşyaları götürən zaman həmin əşyların orada olmadığını görüb. Marketin təhlükəsizlik kamerasına baxış keçirdikdən sonra isə həmin əşyaların oğurlandığını görüb.

Sevinc Abbasova ona 350-400 manat ziyanın dəydiyini bildirib. O,baş vermiş hadisə ilə bağlı artıq polisə şikayət edib. Maraqlısı budur ki, hadisənin baş verdiyi market böyük olmasına baxmayaraq saxlanc dolablarının qapısınınbir neçəsində açar yoxdur. Bu isə nöbəti belə hadisənin baş verməsini qaçılmaz edir. Bəs Sevinc Təhməzova ilə yanaşı bu cür hadisə ilə qarşılan digər müştərilər dəymiş ziyanı kimdən tələb etməlidirlər? Hüquqşunas Xəyal Bəşirov bildirir ki, əvvəlcə market rəhbərliyi ora gələn müştərilərin əşyalarının təhlükəsizliyini təmin etməlidir. Çünki bir çox marketlərin daxili qaydalarına görə, içəri daxil olan müştərilər əşyalarını saxlanc dolablarına qoymalıdırlar. Həmin saxlanc dolabları isə açarla bağlanmalıdır. Əgər hən hansısa bir müştərinin əşyası oğurlanırsa həmin vətəndaş market rəhbərliyinə qarşı iddia qaldırıb dəymiş ziyanı tələb edə bilər.

Qeyd edək ki,baş vermiş hadisəyə ''Xəzər Xəbər''in müdaxiləsindən sonra market rəhbərliyi Sevinc Abbasovaya dəymiş ziyanı ödəyib.

Xəbər lenti