Xəzər Xəbər

Müşfiq Məmmədov bu tarixi özünün ikinci doğum günü kimi qeyd edir VİDEO

Veb TV | 18:24 • 20 Yanvar 2020
Müşfiq Məmmədov bu tarixi özünün ikinci doğum günü kimi qeyd edir

Üstündən 30 il keçməsinə baxmayaraq qanlı yanvarda azadlıq istəyi ilə ayağa qalxan xalqımıza tutulan divan hələ də unudulmur. O günlərin canlı şahidi olan və odun-alovun içindən sağ çıxanlar üçünsə 20 yanvar tarixinin başqa bir mənası var. 53 yaşlı Samux sakini Müşfiq Məmmədov da bu tarixi özünün ikinci doğum günü kimi qeyd edir.

Qanlı yanvar gecəsi darda qalan soydaşlarına yardım etmək üçün dostları ilə yola çıxdı, güllə yağışına tuş gəldi. Sağ qalmaq üçün sığınmaq istədikləri yer isə işğalçı ordunun qərargahı imiş.

53 yaşlı Samux sakini Müşfiq Məmmədov həmin günün dəhşətini yaşayanlardandır.

Hərbi hissə həm əvvəldən dislokasiya olunmuş hərbçilər, həm də etirazları yatırmaq üçün gətirilmiş xüsusi təyinatlılarla dolu olsa da bir rus zabitinin humanist, vicdanlı yanaşması Müşfiq Məmmədov və dostlarını ölümdən son anda xilas edib.

Müşfiq Məmmədov bir günlük əsirlik zamanı eşitdiklərini dəhşətlə xatırlayır. Sən demə Bakıya yeridilən qoşunun hər bir hərbi qulluqçusu elə bilirmiş ki, azərbaycanlılar Bakıda yaşayan ruslara qarşı amansız qırğınlar törədir.Müşfiq Məmmədov indi o günləri xatırladıqcaqan bahasına qazanılmış azadlığımızla qürur duyur. 20 yanvar tarixi onun üçün həm də ikinci doğum günüdür. İndi onun həm 53, həm də 30 yaşı var. 20 yanvarın yaşı qədər.

Xəbər lenti