Xəzər Xəbər

Azərbaycan strateji nəqliyyat qovşağına çevrilir VİDEO

Veb TV | 20:14 • 19 Yanvar 2020
Azərbaycan strateji nəqliyyat qovşağına çevrilir

Azərbaycan strateji nəqliyyat qovşağına çevrilir. 2013-cü ildən bu yana tranzit daşımalarının həcmi iki dəfə artaraq 3 milyard dollara yüksəlib. Bunu dövlət başçısının Davos Dünya İqtisadi Forumunun rəsmi saytında yayımlanan məqaləsini şərh edən iqtisadçı-ekspert Rəşad Həsənov deyib. Onun sözlərinə görə Bakı-Tbilisi-Qars dəmiryolu ilə ötən il dəmiryolu daşımalarının həcmi 42 faiz artması bu yolun daha böyük potensiala malik olduğunu göstərir.

Davos İqtisadi Forumunun açıqladığı "Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycanın mövqeyi 2006-2007-ci ildə 64-cü yerdə idisə, 2017-2018-ci ildə 137 ölkə arasında 35-ci yerə qədər yüksəlib.

Dünyanın çox nüfuzlu Davos İqtisadi Forumunun rəsmi saytında Prezident İlham əliyevin "Azərbaycanın vahid və dayanıqlı dünyada rolu" sərlövhəli məqalədə Azərbaycanın strateji nəqliyyat qovşağı olması xüsusilə qeyd olunub.

İqtisadçı-ekspert Rəşad Həsənov bildirir ki, tranzit daşımaların Azərbaycan iqtisadiyyatında payı getdikcə artmaqdadır.

Azərbaycanın strateji nəqliyyat qovşağına çevrilməsinin təsadüfü olmadığını deyən ekspertin sözlərinə görə artıq istifadədə olan Bakı-Tbilisi-Qars dəmiryolunun transit daşımalarında xüsusi çəkisi daha da arta bilər.Çünki, şərqdən qərbə yüklərin daşınmasında bu yol əvəzolunmaz potensiala malikdir. 2019-cu ildə Azərbaycan 141 ölkə arasında "Dəmir yolu xidmətlərinin səmərəliliyi" üzrə 11-ci yerdə qərarlaşıb.

Məqaləda Azərbaycanın enerji layihələrini uğurla həyata keçirdiyi , "Cənub Qaz Dəhlizi" layihəsini reallaşdırmaqla bütün regionun enerji xəritəsini dəyişdirdiyi vurğulanıb.

Xəbər lenti