Xəzər Xəbər

Hava limanında sərnişinlərin keçidi sürətlənib - VİDEO

Veb TV | 19:37 • 17 Yanvar 2020
 Hava limanında sərnişinlərin keçidi sürətlənib  -

Dövlət Sərhəd Xidməti tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportunun birinci terminalının gəlmə zalında yeni 2 ədəd elektron qapı (e-gates) quraşdırılıb.

Xezerxeber.az-ın məlumatına görə, artıq hava limanında dövlət sərhədini keçmək üçün növbədə dayanmağa və vaxt itirməyə ehtiyac qalmayacaq. Çünki buraxılış məntəqəsində quraşdırılan yeni texnologiya vasitəsi ilə sərnişinlər cəmi 30 saniyə ərzində sərhədi keçə biləcəklər.

Bir sıra inkişaf etmiş ölkələrin dövlət sərhədinin buraxılış mən­tə­qə­lə­rində istifadə olunan elektron qapılar sərhəd nəzarətində tətbiq olunan qa­baqcıl texnologiyaların ən effektiv nümunələrindən hesab olunur.

Elektron qapıdan yalnız 16 yaşı tamam olan, biometrik sənədlərə malik Azərbaycan vətəndaşları istifadə edə biləcəklər.

Amma ölkəyə gələn yerli vətəndaşlar elektron qapılar vasitəsilə sərhəd nəzarətindən keçmək üçün bəzi qaydalara əməl etməlidirlər.

Əgər sərhədi keçmək istəyən sərnişinin sənədi və ya məhdudiyyəti ilə bağlı pozuntu aşkar­lan­arsa, bu zaman elektron qapıda olan sistem siqnal verir. Elektron qa­pı­lar 206 ölkənin 2 min 897 növ biometrik sənədini yoxlaya bilir.

Buraxılış məntəqələrində quraşdırılan elektron qapıların sayının artırılması da nəzərdə tutulur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti