Xəzər Xəbər

Biznes kreditləri artırılacaq - AÇIQLAMA - VİDEO

Veb TV | 20:52 • 15 Yanvar 2020
Biznes kreditləri artırılacaq -

Banklara 2 milyard manat resurs verilib və yenə də kreditləşmədə istehlak kreditləri üstünlük təşkil edir. Bu da çox təhlükəli tendensiya ola bilər.

2019-cu ilin yekunlarına həsr edilən müşavirədə Prezident İlham Əliyev bildirib ki, bank sektoru daha çox real sektoru dəstəkləməlidir. Dövlət başçısı Mərkəzi Bankın sədri Elman Rüstəmova bunla bağlı tapşırıq verib.

Xezerxeber.az-ın məlumatına görə, Banklar Assosiasiyasının eksperti Elmir Həsənli isə deyib ki, ötən il istehlak kreditlərində 28 faiz, biznes kreditlərində isə 12,7 faiz artım olub. Bu da onu göstərir ki, biznes kreditlərinə nisbətən istehlak kreditlərinə maraq daha yüksəkdir. Biznes kreditləşməsinin energetika, kimya, təbii sərvətlər, inşaat, sənaye və istehsal sektorlarında artımı çoxdur. Digər sahələrdə isə kreditləşmə aşağıdır.

Elmir Həsənli hesab edir ki, real sektorla maliyyə sektoru bir-birinin inkişafına və davamlığına dəstək verən qollardır. Banklar real sektorun inkişafında olduqca maraqlıdırlar. Bu səbəbdən də təkliflər planı hazırlanaraq Mərkəzi Banka göndərilib.

Təkliflərin nə zaman qəbul ediləcəyi isə Mərkəzi Bankdan asılıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti