Xəzər Xəbər

Bu il ən azı 1000 km yeni yol salınacaq - Saleh Məmmədov hesabat verdi - VİDEO

Veb TV | 19:20 • 15 Yanvar 2020
Bu il ən azı 1000 km yeni yol salınacaq -

"2019-cu il ərzində Bakı şəhərində ümumi uzunluğu 301 kilometr olan şəhər yolları yenidən qurulub və ya təmir olunub".

Xezerxeber.az-ın məlumatına görə, bunu YAP-ın qərargahında keçirilən mətbuat konfransında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

Saleh Məmmədov bildirib ki, 2019-cu il ərzində 54 layihə, o cümlədən 5 respublika əhəmiyyətli, 39 kəndlərarası, 10 Bakı şəhərinin qəsəbələrarası avtomobil yolu layihələri üzrə tikinti və yenidənqurma işləri başa çatdırılıb. Bu il də ən azı 1000 km yeni yol salınması nəzərdə tutulur. Onun sözlərinə görə, ən işlək yollardan biri olan Bakı-Sumqayıt yolunun genişləndirilməsi işləri də sürətli şəkildə icra edilir. İşlər may ayının sonuna qədər başa çatacaq.

Saleh Məmmədov əlavə edib ki, ötən ilə ərzində ümumilikdə, yol təsərrüfatına 680 min manatdan çox maddi ziyan dəyib, bu ziyanın 423 min manatdan çoxu isə ödənilib. İdarə heyətinin sədri Bakıətrafı qəsəbələrdə movcud olan yol problemi məsələsinə də münasibət bildirib.

Saleh Məmmədov onu da bildirib ki, Bibiheybət yamacında 75 metr olan qəzalı hissədə istinad divarının tikintisi may ayının sonunadək başa çatdırılacaq. Bundan sonra 4 hərəkət zolaqlı yol vətəndaşların istifadəsinə veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti