Xəzər Xəbər

Bakıda mağazaya və evə basqın edilib - VİDEO

Veb TV | 18:58 • 15 Yanvar 2020
Bakıda mağazaya və evə basqın edilib -

Bakıda zoomağazaya basqın edən iki nəfər saxlanıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən zoomağazada baş verib.

Naməlum şəxslər mağazanın sahibi Hikmət Babayevə bıçaqla xəsarət yetirərək onun cibinmdə olan 14 min manat pulu ələ keçiriblər. Məlumat daxil olan kimi Xəzər Rayon Polis İdarəsinin 1-ci polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri keçirilib. Nəticədə cinayəti törətməkdə şübhəli bilinən iki nəfər paytaxt sakini Ehtiram Əliyev və Ələsgər Əliyev qısa zamanda tutulublar.

Qeyd edək ki, Ehtiram Əliyev əvvəllər həmin mağazada işləyib. Hadisədən sonra hər iki şəxs Biləsuvar rayonuna qaçsa da polislər onların izinə düşə biliblər.

Faktla bağlı onlar barəsində cinayət işi başlanıb, istintaq davam edir.

Nəsimi ratonunda isə yaşlı qadına qarşı quldurluq cinayəti olub. Yanvarın 13-ü axşam saatlarında naməlum şəxs 65 yaşli Nərgiz Cəfərovanin evinə girib. Cinayətkar qadının əllərini və ağzını bağlayıb. O, Nərgiz Cəfərovaya məxsus 500 manat dəyərində qızıl sırğalar, 120 manatlıq gümüş üzük və mobil telefonu götürüb evdən çıxıb. Ağzına dəsmal tıxanmış qadın qonşuları tərəfindən tapılıb.

20-ci polis bölməsinin əməkdaşları həmin cinayəti törədən şəxsi axtarır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti