Xəzər Xəbər

Bakı sakini narkotik satarkən yaxalanıb - VİDEO

Veb TV | 19:31 • 15 Yanvar 2020
Bakı sakini narkotik satarkən yaxalanıb -

Bakıda narkotik maddə satan şəxs cinayət başında tutulub.

Xezerxeber.az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsininə Sabunçu rayonu, Maştağa qəsəbəsində bir nəfərin narkotik vasitələrin satışı ilə məşğul olduğu barədə əməliyyat məlumatı daxil olub.

Keçirilən tədbir zamanı həmin şəxs, əvvəllər məhkum olunmuş paytaxt sakini Faiq Dadaşov narkotik vasitə olan heroini şərti alıcıya 50 manata satmaq istəyən zaman saxlanıb.

Əməliyyat tədbirlərinin davamı olaraq Faiq Dadaşovun yaşadığı evdə də külli miqdarda narkotik vasitələr gizlətdiyi müəyyən olunub. Onun Maştağa qəsəbəsində yerləşən evinə baxış zamanı əlavə olaraq 2 kiloqram 115 qram heroin aşkar olunaraq götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, bu şəxs narkotik vasitəni şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından satmaq məqsədi ilə alıb.

Faktla bağlı saxlanılan şəxs barəsində cinayət işi başlanıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti