Xəzər Xəbər

Dövlət Miqrasiya Xidmətinin rəisi hesabat verdi - VİDEO

Veb TV | 20:16 • 15 Yanvar 2020
Dövlət Miqrasiya Xidmətinin rəisi hesabat verdi -

''2019-cu ildə 2041 əcnəbi Azərbaycanda daimi yaşamaq üçün icazə alıb ki, onlar da əsasən Gürcüstan, Rusiya, Türkiyə, İran və digər ölkələrin vətəndaşlarıdır''.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov keçirdiyi mətbuat konfransında məlumat verib.

O, ötən il 404 əcnəbinin ölkəmizə qaçqınlıq üçün müraciət etdiyini və bunların da əsasən Əfqanıstan vətəndaşı olduğunu bildirib. Ötən il ölkəmizə gələn əcnəbilərin sayı isə artıb.

Xidmət rəisinin sözlərinə görə, ötən il 6680 nəfər əcnəbi iş icazəsi alıb ki, bu da əvvəlki illə müqayisədə 8 faiz artım deməkdir. O, 2014 cu ildən bu günə qədər 1445 Azərbaycan vətəndaşının da xarici ölkələrdən qaytarıldığını bildirib və bundan sonra qaytarılacaq vətəndaşların sayı barədə məlumat verib.

Vüsal Hüseynov ölkəmizə readmissiya olunan vətəndaşların qarşılaşdıqları problemlərlə maraqlandıqlarını deyib və bildirib ki, aidyyatı dövlət qurumları ilə bunun həlli üçün çalışırlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti