Xəzər Xəbər

İmişli və Abşeronda ağır yol qəzaları - 3 ölü, 2 yaralı var - VİDEO

Veb TV | 17:37 • 15 Yanvar 2020
İmişli və Abşeronda ağır yol qəzaları -

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə İmişli-Cəfərli-Əliqulular avtomobil yolunun 3-cü kilometrliyində, rayonun Cəfərli kəndi ərazisində qeydə alınıb.

Rayonun Yalavac kənd sakini, 32 yaşlı Zaur Mirzəyev avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq su kanalına aşıb. Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişin, rayonun Cəfərli kənd sakini, 32 yaşlı Nicat Məmmədov suda boğulub. Avtomobildə olan digər 2 sərnişin Yalavac kənd sakinləri - 26 yaşlı Elvin Mustafayev və 29 yaşlı Eldəniz Mehdiyev müxtəlif xəsarətlərlə İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Abşeronda isə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayonun Mehdiabad qəsəbəsi ərazisində Namiq Ağayev idarə etdiyi avtomobillə yolu keçən həmyerlisi Hidayət Əliyevi vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Abşeron rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti