Xəzər Xəbər

Gəncədə həkim səhlənkarlığı: qadının qarnından 6 ay sonra qayçı çıxarıldı - VİDEO

Veb TV | 17:41 • 14 Yanvar 2020
 Gəncədə həkim səhlənkarlığı:

Gəncə şəhərində cərrahi əməliyyatdan sonra gözlənilməz hadisə yaşanıb. Gəncə sakini, 66 yaşlı Laləzar Orucova 6 ay əvvəl əməliyyat edilərkən həkimlərin səhlənkarlığı ucbatından tibbi qayçının onun bədənində qaldığı məlum olub.

Xezerxeber.az-ın məlumatına görə, Laləzar Orucovanın Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasında keçirdiyi yırtıq və öd əməliyyatı ona baha başa gəlib. Dəhşətli fakt özəl xəstəxanalardan birində keçirilən MRT müayinəsi zamanı ortaya çıxıb.

Ancaq xəstə və yaxınları bu zaman daha bir anormal hal ilə üz-üzə qalıblar.

Laləzar Orucova və övladlarının sözlərinə görə, bu fakt ortaya çıxdıqdan sonra onu əməliyyat edən həkimlər qadını xəstəxanaya çağırıb və yenidən tələsik əməliyyat edib, qayçını onun bədənindən çıxarıblar. Ancaq xəstənin vəziyyəti yaxşılmaq əvəzinə daha da pisləşib.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından isə bildirirlər ki, bu faktın ortaya çıxmasından sonra onlar tərəfindən bütün zəruri addımlar atılıb. Həm müalicə tədbirləri görülüb, həm də cavabdehlər cəzalandırılıb.

Baş həkimin müavini Elşad Əsgərov həmçinin bildirib ki, Laləzar Orucovanın səhhətində bundan sonra baş verə biləcək ağırlaşmalar qayçı hadisəsi ilə bağlı deyil.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti