Xəzər Xəbər

Bulvarda Yeni il tədbirlərinə start verilib VİDEO

Veb TV | 18:58 • 30 Dekabr 2019
Bulvarda Yeni il tədbirlərinə start verilib

Bayram günləri paytaxta çıxanlar həm də maraqlı sərgilərlə tanış ola bilərlər. Belə sərgilərdən biri də Dənizkənarı Milli Parkda təşkil olunub. Bayram yarmarkası xarakterli sərgidə fərqli əl işləri endirimli qiymətlərlə təklif olunur

Oyma sənətinin inciləri, toxuma-tikmə əl işləri, bəzək əşyaları, yeni ilin rəmzlərini özündə əks etdirən əsərlər... Bütün bunlar yeni il sərgisindəndir. Sərgidə həm də əl işlərinin satışı həyata keçirilir. Eyni zamanda burda sənətkarlar əl işlərinin hazırlanma qaydasını da nümayiş etdirirlər:

Sərgi-yarmarkanın məqsədi sahibkarların əl işlərinin geniş kütləyə çatdırılması və bu yolla onların maddi rifahının yaxşılaşmasını təmin etməkdir. Sərgidə ən çox bəyənilən isə milli ornamentlərlə hazırlanan əl işləridir:

Sərgidə həm də balacalar üçün face art, yəni üzə müxtəlif rəsmlərin çəkilməsi üçün də xüsusi guşə ayrılıb. Ən yüksək bayram əhval-ruhiyyəsi də məhz uşaqlarda hiss olunur.

Xəbər lenti

Çox oxunanlar