Xəzər Xəbər

Son bir həftədə içkidən 4 nəfər ölüb, 1 nəfər isə görmə qabiliyyətini itirib VİDEO

Veb TV | 19:55 • 30 Dekabr 2019
Son bir həftədə içkidən 4 nəfər ölüb, 1 nəfər isə görmə qabiliyyətini itirib

Son bir həftə ərzində spirtli içkidən zəhərlənənlərin sayı 13-ə çatıb. Bu hadisələrlə bağlı bir neçə ictimai iaşə obyektlərinin fəaliyyəti məhdudlaşdırılıb, bəzilərində isə araşdırma aparılır. Bunu azərbaycan qida təhlükəsizliyi agentliyinin sədri qoşqar təhməzli keçirdiyi mətbuat konfransında deyib. O bayram günləri ilə bağlı vətəndaşlara da müraciət edib.

Son bir həftədə içkidən zəhərlənmə ilə bağlı ümumilikdə səkkiz hadisə baş verib.

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, 101 adda müxtəlif əmtəə nişanlı spirtli içkilər ictimai iaşə obyektlərindən laborator müayinələr aparılıb.

Qoşqar Təhməzli son zaman içkidən zəhərlənmə ilə bağlı məsələlərdə ictimai iaşə obyektlərinin rəhbərlərinin də məsuliyyət daşıdığını qeyd edib.

Sədr bayram günləri ilə bağlı vətəndaşlara da müraciət edib. O qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən bütün iaşə obyektlərinə nəzarət etmək mümkün olmadığından hər bir vətəndaş özü də qida nəzarətçisinə çevrilməlidir.

Xəbər lenti