Xəzər Xəbər

Zibil qutuları olmadığı üçün tullantılar küçəyə atılır VİDEO

Veb TV | 20:36 • 29 Dekabr 2019
Zibil qutuları olmadığı üçün tullantılar küçəyə atılır

Zibil qutuları olmadığı üçün tullantılar küçəyə atılır. Söhbət Kürdəmirin Məşədi Əzizbəyov küçəsindən gedir. Sakinlər deyir ki, artıq zibilxanada vəhşi heyvanlar və sahibsiz itlər məskən salıb. Məsələyə cavabdeh qurum da münasibət bildirib.

İlk baxışdan hər hansı zibil paliqonuna bənzəsədə bura Kürdəmir şəhər Məşədi Əzizbəyov küçəsidir. Sakinlər tullantı zibillərini qutular olmadığı üçünküçəyə atırlar

Yerli sakinlərin sözlərinə görə, əvvəllər həmin ərazidə zibil qutuları olsada sontadanküçədən götürülüb. Hətta iki dəfə öz hesablarına zibilliyi təmizləməli olublar.

Hər gün kücədə yüzlərlə sakin və uşaqların hərəkət etdiyi küçədə zibillikdə artıq it və vəhşi heyvanlar yuva qurublar. Buda küçədən hərəkət edən edənlər üçün təhlükəlidir.

Məsələ ilə bağlı Kürdəmir rayon Kamunal Müəsisələr kombinatında olduq. Müəssisənin rəisi Məhəmmədəli Surxayevin ərazidə olduğunu bildirən idarə işçisi Sübadə Gülməmmədova suallarımızı cavablandırdı. Onun sözlərinə görə, sözü gedən küçəyə əvvəllər zibil qutuları qoyulub. Lakin sakinlər zibilləri qutuda yandırdıqları üçün qutular tədricən sıradan çıxıb. Zibilin yığışdırılmasına gəldikdə isə qurumun işçisitəmizlənmə işlərinə elə bugündən balanılacağını deyib.

Kürdəmir Kamunal Müəsisələr kombinatındana bildirilib ki ərazi tam təmizləndikdən sonra yaxun günlərdəqutuların da qoyulmasına başlanılacaq.

Xəbər lenti