Xəzər Xəbər

Bölgədəki maşın bazarlarında vəziyyət ürəkaçan deyil VİDEO

Veb TV | 20:05 • 29 Dekabr 2019
Bölgədəki maşın bazarlarında vəziyyət ürəkaçan deyil

Bölgədəki maşın bazarlarında vəziyyət ürəkaçan deyil. Alıcılar qiymətlərin yüksək olmasından, satıcılar isə alıcılıq qabiliyyətinin aşağı olmasından narazıdırlar. Əməkdaşlarımız Gəncə, Tovuz və Bərdədəki avtamobil satışı mərkəzlərindən reportaj hazırlayıblar .

Satan çoxdur, alan az... Görüntülər Tovuzdakı avtomobil bazarındandır... Satıcıların çoxu deyir ki, artıq dördüncü dəfədir nəqliyyat vasitəsini satmaq üçün bazara çıxarır.. Satıcıların dili ilə desək alıcı qıtlığı yaşanır.

Alıcılar isə qiymətlərin od tutub yandığını deyirlər.

2019-cu ilin sonuncu bazar günündə Gəncənin avtomobil bazarında isə nisbətən canlanma müşahidə olunur. Regionun əsas avtomobil bazarına həmişəki kimi Gəncə şəhəri ilə yanaşı, ətraf bölgələrdən də gələnlər var. Alıcılar arasında qiymətləri normal hesab edən də var, baha olduğunu düşünənlər də.

Satıcılar isə qiymətlərin baha olması fikri ilə qismən razılaşalar da, bunun onlardan asılı olmadığını iddia edirlər.

Bura isə regionun ən böyük maşın bazarlarından biri olan Bərdənin avtomobil bazarıdır. Həftədə iki dəfə satış həyata keçirilən bazarda satan çoxdur, alan az.

Son günlər bazarda qiymətlər bir qədər aşağı düşsə də, alıcı tapılmır. Alıcı satıcıdan, satıcı da alıcıdan nazarıdır. Satıcıların sözlərinə görə, ildən-ilə avtomobillərin buraxılış ili köhnəldiyindən qiymətəri də ucuzlaşır. Bazarda daha cox tələbat isə keçmiş sovet istehsalı olan avtomobillərədir.

Satıcılar deyirlər ki, şəhər yerlərindən fərqli olaraq, rayonlarda və xüsusilə də kənd yerlərində Avropa və yapon istehsalı olan avtomobilləri sürmək sərfəli olmadığından onların müştərisi də azdır.

Xəbər lenti