Xəzər Xəbər

Şirvanda silsilə oğurluq edən 6 nəfər tutuldu VİDEO

Veb TV | 18:49 • 29 Dekabr 2019
Şirvanda silsilə oğurluq edən 6 nəfər tutuldu

Şirvanda silsilə oğurluq edən şəxslər saxlanılıb. Şirvan şəhəri ərazisində sement və armatur istehsal edən MMC-nin nümayəndəsi dekabrın 27-də Şirvan ŞPŞ-yə ərizə ilə müraciət edərək cari ilin sentyabr ayından dekabr ayının 26-dək olan müddət ərzində MMC-nin həyətindən ümumi dəyəri 19440 manat olan dəmir, əlvan metalların və istehsal avadanlıqlarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığı barədə məlumat verib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakinləri Müseyib Zeynalov,Süleyman Ağayev, İsmayıl Əmənov, Tural Yusifov və yetkinlik yaşına çatmayan 2 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq gedir.

Xəbər lenti