Xəzər Xəbər

Gələn il 39 min fərdi ev qazlaşdırılacaq VİDEO

Veb TV | 18:58 • 29 Dekabr 2019
Gələn il 39 min fərdi ev qazlaşdırılacaq

Artıq ölkə əhalisinin 96 faizi qazla təmin edilib. Növbəti ildən yeni yaşayış massivlərinə qazın çəkilməsi planlanır. "Azəriqaz" İstehsalat Birliyinin baş dırektoru Ruslan Əliyev görülən işlərdən və növbəti ilin hədəflərindən danışıb.. Qurum gələn il bir sıra yeniliklərin icrasını planlaşdırır.

Gələn il 39 min fərdi ev qazlaşdırılacaq. Bunu Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev bu gün ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Ruslan Əliyevin sözlərinə görə,ölkə ərazisinin qazlaşdırılmasının 96 faizə çatdırılması ilə bağlı hədəfə artıq nail olunub.Növbəti ildə isə qazlaşdırma prosesi yeni yaşayış massivlərini əhatə edəcək.

"Azəriqaz" İstehsalat Birliyinin Baş direktoru mexaniki sayğacların limitinin hesablanması prosesində bu il yeniliyin tətbiq edildiyini bildirib.Onun sözlərinə görə, vətəndaşlar mexaniki sayğacdakı göstəricini 077 310 41 04 vatsap nömrəsinə göndərməklə illik sərfiyyatını quruma bildirə bilir.Növbəti il üçün limit də həmin gündən hesablanacaq.

Ruslan Əliyev qazın keyfiyyəti ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib.

Ruslan Əliyevin sözlərinə görə,"Azəristiliktəchizat"ın "Azəriqaz"a olan borcu Prezidentin maliyyə dəstəyi sayəsində artıq öz həllini tapıb.Beləki ,borcun 11 milyon manatı köhnə, 32 milyon 700min manatı yeni yaranmış borc idi. Artıq bu borc dövlət vəsaiti hesabına tam ödənilib.

Xəbər lenti