Xəzər Xəbər

Online səhifələrdə yeni il fırıldağı VİDEO

Veb TV | 19:21 • 30 Dekabr 2019
Online səhifələrdə yeni il fırıldağı

Məhsula endirim olduğunu deyirlər amma məbləğin nə qədər olduğu və hansı müddət üçün keçərli olduğu bilinmir. Son günlər mağazalarla yanaşı online alış veriş səhifələri və saytlarında bayram endirimlərinə start verilib. Amma bir çox halda bu endirimlər həqiqəti əks etdirmir. Çünkibir çox səhifələr bayramdan əvvəl qiyməti süni formada artırıb sonra azaldırlar.

Marketoloq Sabit Məmmədovun sözlərinə görə son zamanlar ölkəmizdə rəsmi satış ünvanı ,vergi hesabı və satış müqaviləsi olmadan fəaliyyət göstərən səhifələrin artıdığını və bir çox halda onların göstərdiyi xidmət zamanı da qüsurların olduğunu bildirir. Ona görə də müştəri səhifəni seçərkən diqqəti olmalıdır.

Qeyd edək ki, müştərilər məshulun əvvəlkiqiymətini süni şəkildə artıraraq sonradan endirim kimi təqdim edən və ya endirimlə bağlı qaydalara əməl etməyən səhiflərlə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edə bilərlər.

Xəbər lenti