Xəzər Xəbər

Növbəti metrostansiyada tikinti işləri yekunlaşdı AÇILIŞ vaxtı bəlli oldu - VİDEO

Veb TV | 20:05 • 15 Dekabr 2019
Növbəti metrostansiyada tikinti işləri yekunlaşdı

Paytaxtda daha bir metro stansiyası açılacaq. Yeni stansiya papanin kimi tanınan əraziyə sərnişin daşınmasına xidmət göstərəcək. Stansiyanın adının isə nə olacağı hələlik bəlli deyil.

Papanin kimi tanına ərazidə gələn il yeni metro stansiyası açılacaq.

Bu barədə Bakı Metropoliteninin mətbuat xidmətindən məlumat verilib.

Yeni stansiyanın açılması xəbərini ərazidə yaşayan vətəndaşlar da sevinclə qarşılayıblar.

Verilən məlumata görə artıq stansiyada tikinti işləri yekunlaşıb və bəzi texniki məsələlərin icrası qalıb.

Ən önəmli məqamlardan biri isə stansiyanın hansı adı daşıyacağıdır. Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki,şərti olaraq B-3 adlandırılan stansiyanın adı Nazirlər Kabineti yanında Adqoyma Komissiyası tərəfindən veriləcək.

Adla bağlı isə Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətindən Nazirlər Kabinetinə hansısa təklif verilməyib.

Xəbər lenti