Xəzər Xəbər

Bakıda pilotsuz taksi - Gələn ildən VİDEO

Veb TV | 19:04 • 13 Dekabr 2019
Bakıda pilotsuz taksi - Gələn ildən

Vətəndaşlar dəmir yolu takisisi də sifariş verə biləcəklər. Sərnişin və kiçikhəcmli yüklərin daşınması üçün nəzərdə tutulan bu nəqliyyat vəsitəsi pilotsuz idarə ediləcək. "Asan Reilvey" adlanan bu taksinin gələn ilin sonunda istifadəyə veriləcəyi gözlənilir.

Ölkədə sərnişinlərin və kiçikhəcmli yüklərin dəmir yolu ilə daşınması üçün sürücüsüz taksilərdən istifadə ediləcək...

Layihə çərçivəsində dəmir yollarında sərnişin və yük daşımalarının həyata keçirilməsi, habelə regionlara təhlükəsiz və çevik səyahətin təmin edilməsi üçün "ASAN Reilvey" innovativ, pilotsuz nəqliyyat vasitələrindən istifadə ediləcək.

İnnovativ taksi sistemi olan "ASAN Reilvey" sərnişin daşınmasında ekoloji cəhətdən ən təmiz nəqliyyat vasitəsidir. Yerli istehsal olan bu sistemin ilkin modeli laborator mühitdə hazırdır və imzalanan memorandum prosesi daha da sürətləndirəcək.

Gələn ilin sonunda ilk prototipin pilot olaraq istifadəyə verilməsi nəzərdə tutulub. Tariflər də həmin ərəfədə müəyyənləşdiriləcək.

Xəbər lenti