Xəzər Xəbər

Subsidiyaların verilməsində yeniliklər olacaq VİDEO

Veb TV | 20:11 • 15 Dekabr 2019
Subsidiyaların verilməsində yeniliklər olacaq

Subsidiyaların verilməsində yeniliklər olacaq. Artıq fermerlər əkdikləri pambığa görə 2 fərqli mərhələdə subsidiyalar ala biləcəklər. Bu isə kənd təsərrüfatının inkişafını daha da stimullşadıracaq.

Yeni subsidiya mexanizmi kənd təsərrüfatının inkişafını daha da stimullşadıracaq.

Aqrar subsidiya şurası əkin, məhsul, toxum subsidiyaları üçün əmsal və kvotaları müəyyənləşdirən zaman ərzaq təhlükəsizliyinin təmin olunması və aqrar məhsulların ixrac potensialının yüksəldilməsi amillərinə əsaslanıb. Bununla da fermerlər pambıq becərilməsinə görə həm əkin, həm məhsul subsidiyası alacaqlar.

Pambığa görə 1,1 əmsal müəyyənləşib, bu o deməkdir ki, pambıq əkilmiş sahənin hər hektarına görə fermerə 220 manat subsidiya veriləcək. Bundan başqa dövlət qəbul məntəqələri təhvil verilmiş pambığın hər tonuna görə fermerə 100 manat ödəyəcək. Əgər bir fermer bir hektar sahədən orta hesabla 30 sentner məhsul götürərsə, dövlətdən 520 manat subsidiya alacaq. Bu subsidiyalar pambıqdan başqa digər 3 əlavə sahəyə də eyni qaydada veriləcək.

Artıq subsidiyaların verilməsində kağız sənəd dövriyyəsi aradan qalxır. Fermer yeni sistemdə qeydiyyatdan keçərək özünə şəxsi kabinet yaratmalıdır. Hazırda ölkə üzrə təxminən 410 mindən artıq fermer elektron kənd təsərrüfatı informasiya sistemində qeydiyyatdan keçib. Onlardan 220 min nəfəri payızlıq əkinləri bəyan ediblər. Əkinlərin bəyan edilməsi elektron kənd təsərrüfatı informasiya sisteminin tətbiqində mühüm mərhələsidir. Çünki, subsidiyanın miqdarı əkilmiş məhsul növündən asılı olaraq dəyişir.

Xəbər lenti