Xəzər Xəbər

Demokratik ölkədə parlamentin buraxılması normal haldır - ŞƏRH - VİDEO

Veb TV | 20:10 • 3 Dekabr 2019
Demokratik ölkədə parlamentin buraxılması normal haldır -

Demokratik bir ölkədə parlamentin buraxılması normal haldır. İndiki parlament böyük islahatlara advekt deyil.

Xezerxeber.az-ın məlumatına görə, bunu millət vəkili Aydın Mirzəzadə parlamentin buraxılması ilə bağlı ölkə başçısına ünvanlanan müraciəti şərh edərkən bildirib.

Onun sözlərinə görə, parlament üzərinə düşən vəzifəni yerinə yetirib.

Millət vəkili Fəzail Ağamalı isə ölkədə həyata keçririlən genişmiqysalı islahatların fonunda qanunverici orqanın dəyişilməsini vacib addım kimi qiymətləndirib. Onun sözlərinə görə, cəmiyyətin tələbi də onu göstərir ki, gələcəkdə seçiləcək millət vəkilləri yeni çağırışlara cavab verəcək.

Millət vəkili Tahir Kərimli isə bildirib ki, cəmiyyət tərəfindən də bu addımın müsbət qarşılanması bu sahədə islahat həyata keçirilməsinin vacib olduğunu göstərir.

Qeyd edək ki, millət vəkilləri parlamentin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üçün ölkə başçısına müraciət ediblər. Prezident də öz növbəsində parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsinin konstitusiyaya uyğunluğu barədə Konstitusiya Məhkəməsinə sorğu göndərib. Sabah sözügedən məhkəmənin plenumunda bu məsələyə baxılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti