Xəzər Xəbər

Vüsal Qasımlı: İslahatlar reaktiv xidmətlərdən proaktiv xidmətlərə keçidi stimullaşdıracaq - VİDEO

Veb TV | 19:34 • 3 Dekabr 2019
Vüsal Qasımlı: İslahatlar reaktiv xidmətlərdən proaktiv xidmətlərə keçidi stimullaşdıracaq -

Prezident İlham Əliyevin rəhbərliyi ilə icraedici hakimiyyətdə aparılan islahatlar elektron hökumətin inkişafını, reaktiv xidmətlərdən proaktiv xidmətlərə keçidi, yığcam, mobil və məqsədyönlü fəaliyyəti stimullaşdıracaq.

Xezerxeber.az-ın məlumatına görə, bunu İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİKTM) icraçı direktoru Vüsal Qasımlıdövlət idarəetmə sistemində aparılan islahatlara həsr olunan mətbuat konfransında deyib.

İİTKM-in icraçı direktoru qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə effektiv dövlət idarəetmə sistemi qurulub. Azərbaycan Dünya Bankının hesabladığı "Hökümətin səmərəliliyi” subindikatoru üzrə 2007-2018-ci illərdə regionda ən çox irəliləyiş edib. Belə ki, müqayisə olunan dövrdə Azərbaycan 7, Qazaxıstan 6, Özbəkistan 5, Gürcüstan 5 və Qırğızıstan 2 pillə irəliləyə bilib.

Vüsal Qasımlı əlavə edib ki, məhkəmə hakimiyyətində aparılan islahatlar isə özündə elektron məhkəmənin inkişafını, ədalət mühakiməsinin keyfiyyətinin və məhkəmələrin fəaliyyətində şəffaflığın artırılmasını, məhkəmə qərarlarının icrasının təkmilləşdirilməsini, humanistləşdirmə və dekriminallaşdırmanı, vəkillik institutunun inkişafını, məhkəmənin maddi-texniki bazasının gücləndirilməsini, məhkəmə ekspertizası işinin daha da təkmilləşdirilməsini ehtiva edir: "Hakimiyyətin icra və məhkəmə qanadlarında islahatlar qanunverici orqanın islahatları ilə davam edir. Növbədənkənar seçkilər nəticəsində yeni parlament islahatlar kursuna daha sistemli dəstək olacaq, dövlət idarəetməsində ictimai nəzarəti və vətəndaş iştirakçılığını daha da gücləndirəcək. Burada həm yeni deputatlar korpusunun formalaşdırılması, həm də institusional təkmilləşdirmələr üçün imkanlar yaranıb. Yeni parlamentin məhz dövlət idarəetmə islahatları çərçivəsində formalaşması qanunverici hakimiyyətin məsuliyyətini daha da artıracaq. Bələdiyyə seçkiləri isə yerli özünüidarəetmə orqanlarının yenilənməsinə dəstək olacaq".

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti